Rusiyanın energetika naziri Aleksandr Novak rəsmi Moskvanın dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistan və digər istehsalçılarla neft bazarını sabitləşdirmək üçün ardıcıl görüşlər keçirdiyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, istehsal səviyyəsini dondurmaq üçün qapıların hələ açıq olduğunu bildirən Novak neft bazarında sabitliyin 2017-ci ildə tam bərqərar olacağını söyləyib.
Böyük neft istehsalçılarının qeyri-rəsmi toplantısını isə gələn ay Əlcazirdə keçirmək planlaşdırılır.
OPEC üzvlərinin 26-28 sentyabrda Əlcazirdə Beynəlxalq Enerji Forumu əsnasında bir araya gələcəkləri gözlənilir.
Sevinc