Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Fonddan Teleqraf.com-a verilən məlumat görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 18 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.
İlhamə ƏBÜLFƏT