18 Avqust 2016 17:34
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2016-cı il tarixdən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 16,9 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 20,7 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 5,2 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,2 milyon manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə 4 bank üzrə 45 milyon manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

İlhamə ƏBÜLFƏT


Müəllif: