Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar bahalaşaraq 48,10 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,80 dollar artaraq 49,96 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 51,04 dollar təşkil edib.