Neftin hasilat həcminin dondurulması müsbət nəticələr verə bilər.
Teleqraf.com-un məlumatına görə, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih bu fikirdədir. Nazir neftin istehsal miqdarının dondurulmasının reallaşacağı təqdirdə müsbət nəticələrin əldə olunacağı qənaətindədir.
Avqustun 25-də İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcəyini açıqlayan son OPEC ölkəsi rəsmisi olub.
OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının dondurulmasının əsas müzakirə mövzusu olacağı bildirilir.