ABŞ-ın ticarət missiyası sentyabrın 15-də Azərbaycana ikigünlük səfərə gəlir.
Teleqraf.com Amerika-Azərbaycan Ticarət Palatasının rəsmi saytına (USACC) istinadla xəbər verir ki, ticarət missiyasının təşkilatçısı kiçik və yerli biznesin inkişafı departamentidir (Exportdc).
Missiyanın tərkibinə ixtisaslaşmış kiçik və orta Amerika şirkətləri, o cümlədən "Yaşıl maliyyə", strateji və məsləhət xidmətləri, satış və marketinq avtomatlaşdırma xidmətləri, landşaft memarlığı, planlaşdırma və şəhər dizayn xidmətləri, konsaltinq infrastruktur layihələri, informasiya texnologiyaları, dizayn və proqram hazırlanması, müdafiə məhsulları və xidmətləri, mülki mühəndislik, geodeziya və landşaft memarlığı, səhiyyə, təhsil konsaltinq xidmətləri daxildir.
Missiyada "Browne and Associates", "Cube84", "Symbiosis DC", "Synergetic Information Systems", "C.L. Russell Group", "Zura Consulting", "West Coast Connections" şirkətləri də yer alacaq.
Səfər çərçivəsində ticarət missiyası bir sıra görüşlər keçirəcək.