2017-ci ilin sonunadək Bakı-Gəncə sürətli qatarının istifadəyə verilməsi nəzərdə tutulur.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlama verib.
O bildirib ki, Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək:
“İstifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq. Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq”.