Vergilər Nazirliyinin əməkdaşları Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı qanunvericiliyin tələblərini pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar edib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində “FRESH” və “ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də 5 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı müəyyən edilib.
Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan yarım, bir və dörd litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.