14 Sentyabr 2016 10:18
316

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan hüquqi şəxslərin icra orqanları rəhbərlərinin yeni siyahısını açıqlayıb.

Nazirlikdən verilən məlumata əsasən, həmin hüquqi şəxslərin sayı artıb. Siyahıda 461 şirkətin adı yer alıb. Onlardan 6-nin rəhbəri xarici vətəndaşdır.

Vergi borcuna görə ölkədən çıxmasına qadağa qoyulan hüquqi şəxslərin siyahısında yer alan 17 MMC bir nəfərə məxsusdur. Daha 9 MMC-nin də sahibləri eyni şəxsdir (Fins.az).


Müəllif: