Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar ucuzlaşaraq 43,80 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 46,54 dollar olub.