Bu gün Azərbaycanda növbəti valyuta hərracı keçirilib.
Teleqraf.com xəbər verir ki, "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, hərraca Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Həmin vəsaitin təxminən 72,4 milyon dolları 20 kommersiya bankına satılıb.
“Report”un analitik qrupu hesab edir ki, bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi bir qədər azalacaq. Artıq banklar da nağd valyuta bazarlarında qiyməti azaltmağa başlayıb.