Mərkəzi Bank manatın sentyabrın 21-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, dollar sentyabrın 20-si ilə müqayisədə düşərək 1.6331 manat olub, avro/manat məzənnəsi isə 1.8176 manata düşüb.
Sentyabrın 20-də 1 dollar 1.6370 manata, 1 avro isə 1.8291 manata bərabər idi.
Bu ilin 11 mart tarixində rəsmi dollar/manat məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.