23 Sentyabr 2016 10:26
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi bəzi Kütləvi İnformasiya Vasitələrinə (KİV) ünvanlanan açıqlama yayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən açıqlamada deyilir:

"Ötən gün bəzi xəbər saytlarında Maliyyə Nazirliyinin xəzinədarlıq sisteminin çökməsi ilə bağlı əsassız məlumatlar dərc edilib.


Bu cür cəfəng xəbərlərin heç bir əsası yoxdur. Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi fasiləsiz və tam funksionallığı ilə real vaxt rejimində fəaliyyət göstərir. Həmin sistem vasitəsilə büdcə təşkilatların xərcləri vaxtlı-vaxtında həyata keçirilir. Odur ki, ictimaiyyətə qeyri dəqiq və yanlış məlumatı çatdıran saytlardan həqiqətə uyğun olmayan informasiya ilə bağlı təkzibin dərc olunması tələb olunur".

Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar KİV-də təkrar yayıldığı halda qurum həmin saytlara və onların təsisçilərinə dair mövcud qanunvericiliyə uyğun sərt addımlar atacaq.


Müəllif: