23 Sentyabr 2016 14:47
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Şəki rayonundakı bitki və bitkiçilik məhsullarının satışı obyektlərində 195 kiloqram karantin tətbiq edilən zərərli orqanizmlərdən olan kartof güvəsi (Phthorimaea operculella Zell) ilə yoluxmuş, mənşəyi Tovuz rayonuna məxsus kartof məhsulu aşkar edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, kartof güvəsinin təhlükəsi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə uyğun şəkildə məhv edilib.

Bundan əlavə Cəlilabad rayonu ərazisindəki topdan və pərakəndə satış mərkəzlərində 3800 kilqoram kartof güvəsi ilə yoluxmuş kartof məhsulu və tərkibində nitratın miqdarı normadan artıq olduğu üçün 135 kiloqram üzüm məhsulu satışdan cıxarılaraq məhv edilib.

Kartof güvəsi kartofun, badımcanın, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir.

Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.


Müəllif:

Oxşar xəbərlər