Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 26-na manatın dollara nisbətdə rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, dolların manata nisbətən məzənnəsi sentyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,6292 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu məzənnə 24-26 sentyabr tarixlərində qüvvədə olacaq.