26 Sentyabr 2016 10:18
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq bazarlarda diqqət sentyabrın 28-də OPEK-in Əlcəzairdə keçiriləcək toplantısına çevrilib.

Teleqraf.com-un məlumatına görə, bu gün Əlcəzairdə Beynəlxalq Enerji Forumu öz işinə başlayır. Forum Sentyabrın 28-dək davam edəcək.

OPEK-ə üzv dövlətlərin hasilatın dondurulması və ya azaldılması barədə razılığa gəlib-gələ bilməyəcəkləri bilinmir.

Neftin qiymətləri sentyabrın 23-də həftəsonu xeyli aşağı düşmüşdü. Bazar ertəsi Brent markalı neftin qiyməti 0,8% yüksələrək 46,27 dollara qalxıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər