29 Sentyabr 2016 09:47
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK üzvü olan dövlətlərin Əlcazirdə keçirilən qeyri-rəsmi toplantısında neft hasilatının dondurulması ilə bağlı razılıq əldə olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Bloomberg xəbər yayıb.

Ölkələr orta sutkalıq hasilatı 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırmağa dair razılığa gəliblər. Bununla bağlı kartel digər neft ixrac edən ölkələri sazişə qoşulmağa çağıracaq.

İran hasilatı dondurmayacaq. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.

OPEK-in qərarından sonra dünya birjalarında neftin qiymətində kəskin yüksəliş olduğu xəbəri yayılıb. Brent markalı neftin dekabr fyuçersinin 1 barreli 49,27 dollara satılır. Bu rəqəm çərşənbə günü səhər birjalarda alqı-satqı başlayan ana olan göstəricidən 2,75 dollar, yaxud 5,91% çoxdur.

MAHİR


Müəllif:

Oxşar xəbərlər