29 Sentyabr 2016 18:59
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan höküməti sərhədlərdə beynəlxalq avtovağzalların inşasına 10 milyon manat vəsaut ayıracaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Elnur Abdullayev bununla bağlı Milli Məclisə artıq layihə təqdim edib:

“Avtovağzalların inşası üçün vəsaitlərin ayrılmasını gələn il gözləyirik və 2018-ci ilin əvvəlində tikinti işlərini başa çatdırmağı planlaşdırırıq. Hər avtovağzalın tikintisinə 2 milyon manat sərf olunacaq. Belə bir məbləği daha müasir, yüngül tikinti konstruksilayarının və materialların hesabına əldə etmək mümkün oldu”.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti həm yerli, həm xarici investorlarla əlavə sərmayə yetırılması üçün danışıqlar aparır. “Xarici investorlar arasında ən çox əməkdaşlıq təklifləri Türkiyə nümayəndələrindəndir, çünki bütün tranzit marşrutlar bu ölkənin ərazisindən keçir” (Fins.az).


Müəllif:

Oxşar xəbərlər