İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub.
Teleqraf.com-un məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Nobel mükafatçısına Azərbaycan iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, aparılan islahatlar və milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verib.
Edvard Preskott Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək ölkənin müstəqil siyasət yürütməsinə önəm verdiyini qeyd edib. Nobel mükafatı laureatı Azərbaycan iqtisadçıları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Sonra Azərbaycan iqtisadiyyatı ilə yanaşı, başlıca qlobal iqtisadi trendlər, həmçinin, ABŞ, Avropa İttifaqı və Yaponiya iqtisadiyyatlarında baş verən proseslər müzakirə olunub.
Görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov iştirak edib.
Edvard Preskott Finn Kidləndlə birlikdə dinamik makroiqtisadiyyat sahəsində apardığı tədqiqatlara görə 2004-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.