3 Oktyabr 2016 13:51
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi 2017-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu yerinə yetirmək iqtidarındadır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gömrük orqanları üçün daxilolmalar üzrə proqnozun 21,5 faizədək yəni 2,2 milyard manatadək artırılmasına baxmayaraq, ümid edirik ki, onu tam icra edəcəyik.

Komitə sədri qeyd edib ki, cari ilin oktyabrın 1-nə dövlət büdcəsinə daxilolmaları 1,653 milyard manat səviyyəsində təmin edib ki, bu da proqnozu 20 faizdən çox üstələyir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər