4 Oktyabr 2016 11:18
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbatdan artıq istehsal etdiyi quş ətinin paytaxt Bakı bazarında və ölkəmizin digər regionlarında satışa çıxarılması nəzərdə tutulur.

“Ləzzət Broyler” MMC 2011-ci ilin noyabr ayında yaradılıb. Muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılıb. Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün hər biri 15 min baş quş tutumuna malik 5 bina inşa olunub.

Ümumilikdə, müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min manatdan çox vəsait sərf olunub ki, bunun da 1 milyon 50 min manatı muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan, 913 min manatı isə daxili imkanlar hesabına ödənilib ("Azərtac").


Müəllif:

Oxşar xəbərlər