5 Oktyabr 2016 15:59
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsində turizmin mövcud vəziyyətinə, turizm rekreasiya zonalarının inkişafına həsr olunan regional müşavirə keçirilib.

Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafına yönəlmiş tədbirlər artıq bəhrə veri: “Turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub və brend otellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınır”.

Tədbirdə şimal bölgəsində turizmin mövcud vəziyyəti ilə bağlı ətraflı məlumat verilməklə yanaşı, turizm rekreasiya zonalarının inkişafı istiqamətində görüləsi işlərə, qarşıya çıxan problemlərə dair müzakirələr aparılıb.

Turizm sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri qeydiyyata alınıb.

Məlumat verilib ki, yaxın gələcəkdə regionlarda işin daha səmərəli təşkili məqsədilə mədəniyyət və turizm şöbələrinin strukturunda dəyişikliklər olacaq.

Respublika üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkili nəzərdə tutulub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər