6 Oktyabr 2016 17:52
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səba” ASC bəzi işçilərini öz hesabına məzuniyyətə göndərib.

Bu barədə şirkətdən fins.az-a açıqlama verilib.

Teleqraf.com-un məlumata görə, açıqlamada bildirilir ki, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət Səba ASC-də 1150 işçi çalışır. Şirkətin əsas istehsal istiqaməti olan quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, Səhmdar Cəmiyyəti 2 milyon manatdan yuxarı mənfəət əldə edib:

“Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib”.

Nəticədə quş əti istehsalında çalışan işçilərdən 50 nəfər öz hesabına 3 aylıq məzuniyyətə göndərilib. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib.

Şirkətdən bildirilib ki, Səba quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır. Ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib.

Şirkət öz hesabına məzuniyyətin vaxtının belə müəyyənləşdirilməsi məsələsinə də aydınlıq gətirib.

Səhmdar Cəmiyyətdən bildirilib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı 23 sentyabr 2016-cı il tarixli qərarı şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək. Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və Səba-nın ö zhesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən öz iş yerlərinə qayıtmasına səbəb olacaq.


Müəllif:

Oxşar xəbərlər