Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,35% bahalaşaraq bir barelə görə 52,56 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,20% artaraq 50,40 dollara satılıb.