7 Oktyabr 2016 14:04
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda son zamanlar “Azərsun Holdinq”in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyası Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.

O bildirib ki, məlumatı yanlış təqdim edirlər: "İki devalvasiya nəticəsində manat 110 faiz dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların qiyməti 30 faiz artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır.

Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15 faiz yerli xammala, 85 faiz isə idxala bağlıdır. Biz yerli xammalın payını 40 faizə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq.

Duz, konserv və tomat istehsalı 100 faiz yerli xammala əsaslanır. Lakin bu məhsulların qablaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram".


Müəllif:

Oxşar xəbərlər