10 Oktyabr 2016 17:27
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 10 oktyabrına Azərbaycanda 27047,4 ton pambıq tədarük edilib.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin eyni dövründə bu rəqəm 18860 ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 143,4 faiz çox məhsulun tədarükü deməkdir.

Bu il 52057,7 hektar sahədə pambıq əkilib. Keçən il isə pambığın əkildiyi sahə 18684 hektar olub. Ötən illə müqayisədə 2,8 dəfə çox artım müşahidə edilib. Bu il ən çox pambıq Saatlı, Sabirabad, Ağcabədi, Bərdə, Biləsuvar, İmişli, Goranboy, Yevlax rayonlarında əkilib.

Ağsu, Cəlilabad, Füzuli, Cəbrayıl, Hacıqabul və Ucar rayonlarında pambıq tədarükü görülməyib.

İlhamə ƏBÜLFƏT


Müəllif: