14 Oktyabr 2016 01:25
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayının 7-də bitən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) 4,9 mln. barrel və ya 1% artaraq 474 mln. barrelə çatıb. Bu barədə Energetika Nazirliyinin açıqlamasında deyilir.

"Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklər ehtiyatların cəmi 0,65 mln. barrel artacağını proqnozlaşdırıb.

Bu statistika açıqlandıqdan sonra "Brent" markalı neftin 1 barrelinin dəyəri 1,1% azalaraq 50,9 dollara enib. Beləliklə, bu markadan olan neftin qiyməti oktyabr ayının 4-dən etibarən ilk dəfə 51 dollar səviyyəsindən aşağı düşüb.
/APA/


Müəllif:

Oxşar xəbərlər