2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3 faizədək azalıb.
Teleqraf.com xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan” Dövlət Statistika Komitəsinə istinadla məlumat yayıb.
Cari ilin yanvar-sentyabr aylarında soba mazutunun istehsalında 65 faiz – 435 min ton, neft bitumu istehsalında 11 faiz - 138,5 min tonadək artım qeydə alınıb.
Hesabat dövründə avtomobil benzini istehsalı 8,3 faiz - 831,8 min ton, birbaşa qovulan benzin istehsalı 7,5 faiz- 131,5 min ton, kerosin istehsalı 7,5 faiz - 473,8 min ton, dizel yanacağı istehsalı 19,1 faiz - 1 mln. 720,9 min ton, sürtkü yağı istehsalı 57,7 faiz – 7,7 min ton, neft koksu istehsalı 5,9 faiz - 280 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.