Beynəlxalq Valyuta Fondu (BVF, International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır.
Teleqraf.com "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə IMF-in hesabatında deyilir.
"Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya 2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb. İnflyasiya təzyiqinin yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını qoruyur", - deyə fondun məlumatında deyilir.