26 Oktyabr 2016 15:41
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarına əsasən, “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib.

Palatadan Teleqraf.com-a verilən məlumata görə, “Günay Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta” ASC tərəfindən isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib.

Hər iki sığortaçının Palataya müraciəti müsbət dəyərləndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

Direktorlar Şurasının iclası zamanı, həmçinin lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-ə çevrilməsinə dair razılıq verilib.


Müəllif:

Oxşar xəbərlər