Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Teleqraf.com-un AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.
Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.