Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar bahalaşaraq 49,72 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar artaraq 50,47 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 51,60 dollar təşkil edib.