28 Oktyabr 2016 12:35
468

Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.



“Azəravtoyol” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün məhəccərlərinə çırpılıb, nəticədə məhəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

Qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib.

İlhamə ƏBÜLFƏT


Müəllif: