28 Oktyabr 2016 13:27
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə "APA-Ecnomics" SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin "Oil and Industry" jurnalına verdiyi müsahibəyə istinadla xəbər yayıb.

Xoşbəxt Yusifzadə bildirib ki, proqnozlaşdırılan neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 3 trln. 450 mlrd. kubmetrdir: "Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 mlrd. 550 mln. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 mlrd. 450 mln. tondur.

Bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 10 mlrd. ton həcmində qiymətləndirilir".


Müəllif:

Oxşar xəbərlər