28 Oktyabr 2016 22:53
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Gürcüstanda səfərdə olan nazir Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşdə deyib.

D.Kumsişvili də Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı olduğunu qeyd edib.

Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan D.Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini deyib.


Müəllif:

Oxşar xəbərlər