“Silk Way Airlines” MMC oktyabrın 25-də yeni aviaşirkət yaradıb – “Silk Way East Airlines” MMC.
Kommersiya hüquqi şəxslərin dövlət Reyestrindən Teleqraf.com-a verilən məlumata görə, yeni aviaşirkətə “Silk Way Holding”in prezidenti Sənan Axundov rəhbərlik edəcək.
Holdinq hələlik yeni aviaşirkət planlarını açıqlamır. Əvvəllər bildirilirdi ki, o, Ukraynadan 10 yeni yük təyyarəsi alacaq.
2012-ci ildə “Silk Way Airlines” “Silk Way West Airlines” şirkətini yaradıb. Bu aviaşirkətin 6 "Boeing" layneri var.
100% xarici kapitallı “Silk Way Airlines” 2001-ci ildə yaradılıb. Onun sərəncamında bir neçə "AN" və "İL" təyyarəsi var.