"Azərbaycanın yeraltı qaz anbarlarında aktiv qazın həcmi 2,96 milyard kubmetr təşkil edir".
Teleqraf.com xəbər verir ki, bu barədə “Natural Gas World” jurnalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov danışıb.
R.Qurbanovun sözlərinə görə, hazırda qaz ehtiyatlarının 981 milyon kubmetri ötənilki qalıq həcminə aiddir.
Ölkədəki yeraltı qaz anbarları 3,5 milyard kubmetr qazın saxlanmasına imkan verir. Azərbaycanda iki yeraltı - Qalmaz və Qaradağ anbarları fəaliyyət göstərir.