4 Noyabr 2016 12:06
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, noyabrın 5-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək: “Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər