4 Noyabr 2016 21:39
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüş sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək məqsədi daşıyıb.

Tacikistan nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: