5 Noyabr 2016 18:23
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ bazarına çıxardığı 2,8 mln. ədəd paltaryuyan maşını geri çağırıb.

Buna səbəb istehlakçıların məişət texnikasından istifadə edən zaman zədə almalarından şikayətçisi olmasıdır.

Bu paltaryuyan maşınlar istismar edilən zaman onlar silkələnir, üst qabağı gözlənilmədən açılır və istehlakçını zədələyir.

“Samsung Electronics” ilk dəfə sözügedən paltaryuyan maşınlarla bağlı 9 şikayət alıb. Onlardan biri çənənin sınması, digəri isə çiyin zədəsi ilə bağlı olub. Tədricən şikayətlərin sayı artaraq 733-ə çatıb.

Geri çağırılma qərarı 2011-ci ilin mart ayından 2016-ci ilin noyabr ayına qədər istehsal olunmuş paltaryuyan maşınlara şamil edilir ("Report").


Müəllif:

Oxşar xəbərlər