İki həftə sonra Bakıda Azərbaycan-İran əczaçılıq zavodunun təməlqoyma mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.
Səfir yaxın zamanlarda müştərək xəstəxananın tikintisinə başlanılacağını da deyib.
Bu ayın əvvəllərində isə Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya əczaçılıq zavodunun təməli qoyulub. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də zavodun səhmdarları olan Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A", Rusiyanın "R-Farm" şirkətinin nümayəndələri də iştirak edib.
Layihənin dəyəri 74 milyon dollar təşkil edir.
İlhamə ƏBÜLFƏT