Azərbaycan Mərkəzi Bankı (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tenderin müddətini 19 yanvar 2017-ci ilə qədər uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AMB-dən məlumat yayıb.
Məlumatda deyilir: “Dövriyyədən çıxan yararsız metal pul nişanları ilə bağlı tenderin müddəti yenidən uzadılıb. Tender komissiyası təkliflərin qəbulunu 19 yanvar 2017-ci ilə qədər uzatmağı qərara alıb. Tender proseduru yanvarın 23-də keçiriləcək”.
Tenderdə iştirakın dəyəri 300 manatadək azaldılıb.
AMB-nin planlarına əsasən, sistem podratçı ilə müqavilə imzalanandan sonra 6 ay ərzində tətbiq olunmalıdır. Tender təkliflərinin qiymətləndirilməsi zamanı iki meyar əsas götürüləcək: qiymət və texniki imkanlar.