Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin noyabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.
ARDNF-dən Teleqraf.com-a verilən məlumata görə, bu ilin 10 ayında AÇQ yataqları üzrə fond 4 milyard 21 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 64 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Ümumiyyətlə, 2001-ci ildən bu il noyabrın 1-dək AÇQ yataqlar bloku üzrə 121 milyard 30 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyrd 506 milyon ABŞ dolları həcmində gəlir əldə olunub.
ARDNF-nin bu iki layihə üzrə ümumi gəlirləri 123 milyard 536 milyon dollar olub ki, bunun da 4 milyard 85 milyon dolları 2016-cı ilin payına düşüb.