18 Noyabr 2016 10:30
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il milli valyutamızı qorumaq üçün 11 milyard vəsait xərcləmişik. Təbii ki, bu düzgün yol deyildi. Çünki biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin üzvü Vahid Əhmədov bildirib:

“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi Bank hazırda düzgün siyasət aparır”.

Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”.

Vahid Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb: “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”.


Müəllif: