19 Noyabr 2016 15:54
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qabaqcıl ölkələrdə iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrdə istehsalın əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

Azər Badamov bildirib ki, Azərbaycan da bu yolu tutaraq Bakıda və regionlarda özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir: “Qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir.

Özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi qanunvericilik bazası möhkəmləndirilib. Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal şəkildə iştirak edirlər.

Son vaxtlar ölkə miqyasında sahibkarlıq subyektləri tərəfindən taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasında uğurlu nəticələr qazanılıb”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər