Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Baş İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Kamran Akif oğlu Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan vətəndaşı Xosrov Əhməd oğlu Məmmədova məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarus Respublikasının istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT