Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Teleqraf.com-un məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya investisiya müsabiqəsinin əsas şərtlərini müəyyən edib.
Komissiyanın qərarına əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir.