Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8166 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,13% bahalaşaraq 0,0268 manat olub. Türkiyə lirəsinin məzənnəsi də 0,71% artaraq 0,5095 manat təşkil edib.1 ingilis funt sterlinqi 2,1349 manatdır. Beləliklə, funt sterlinq 1,23%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,6850 manat olub.