Vyanada OPEC-in kartelinə daxil olmayan ölkələrlə nəzərdə tutulan görüş baş tutmayacaq.
APA-nın xəbərinə görə, bu barədə “Bloomberq” agentliyinə məlumatlı mənbə bildirib.
Noyabrın 30-a təyin edilən sammit Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi ilə bağlı ləğv edilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı OPEC ölkələri öz aralarında neft hasilatına dair razılığa gəlmədiyi halda görüşün keçirilməsini mənasız hesab edir.
Qeyd edək ki, sentyabrın sonunda OPEC-in Əlcəzairdə keçirdiyi qeyri-formal görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlinib. Bununla bağlı yekun qərarın Vyana görüşündə verilməsi gözlənilirdi.