30 Noyabr 2016 11:28
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər Azərbaycanda dinamik inkişaf müşahidə edilir. Bu inkişafın əldə olunmasında dövlət büdcəsinin rolu inkar olunmazdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün parlamentdə büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən bildirib.

Komitə sədri deyib ki, son illər dünyada neftin qiymətinin aşağı düşməsi və maliyyə böhranı neft istehsalı yüksək olan ölkələrin büdcəsinə təsir edib: “Azərbaycan da bu cür təsirlərə məruz qalan ölkələrdən biri olub. Lakin uzun illər düşünülən siyasət dünyada gedən iqtisadi böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə imkan yaradıb. Azərbaycan Prezidentinin və hökumətinin apardığı məqsədyönlü siyasət bu təsirlərin qarşısını kifayət qədər ala bilib. Neftin dünya bazarında ucuzlaşması ölkəmizdə də büdcə gəlirlərinin artmasına təsir edib. Bu səbəbdən də ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi ön plana çəkilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda iqtisadi islahatlarla bağlı mühüm addımlar atılır. Azərbaycanın Dövlət Başçısının Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi layihəsi də ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bu gün burada keçirdiyimiz müzakirələrdə də dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarının rəhbər şəxsləri, həmçinin maliyyə naziri Samir Şərifov iştirak edirlər. İnanıram ki, bu günkü müzakirələr öz müsbət töhfəsini verəcək”.

Z.Səmədzadə qeyd edib ki, 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə gec daxil olub: “Obyektiv səbəblərə görə bu il büdcə zərfi Milli Məclisə gec daxil oldu. Lakin bütövlükdə Milli Məclisə daxil olan büdcə zərfinə aid olan sənədlər Azərbaycanın gələcəyi üçün güclü ehtiyatları nəzərdə tutur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər